adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
29 Mart 2017 17:29
16178
KRİMİNAL
A- A+

Azərbaycanda Hitlerin dostunun silahını ələ keçirən şəxsə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz olaraq soyuq silah satmaqda və dələduzluqda təqsirləndirilənVəli Cəlalovuncinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Adalet.az  APA-ya istinadən xəbər verir ki, hakimİradə Həsənzadəninsədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, V.Cəlalov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə,V.Cəlalov özgənin əmlakını qanunsuz olaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə tanışı Cavid Bağırova məxsus, dəyəri 50 min manat təşkil edən, Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Ekspert Komissiyasının rəyinə əsasən, 1936-cı ildə Almaniyada istehsal olunmuş, Adolf Hitlerin dostu, arxitektor və Almaniyanın silahlanma və hərbi naziri olmuş Albert Şpeyerin adına hazırlanan qoşalüləli, qızıl və gümüşlə bəzədilmiş bir ədəd ov tüfəngini satacağını deyərəksilahı ondan alıb və qaytarmayıb. Zərərçəkmiş isə buna görə polisə şikayət edib.

Bundan başqa, keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Vəli Cəlalovdan tarixi əhəmiyyət kəsb edən, satış məqsədilə əldə etdiyi XVII və XVIII əsrə aid, Osmanlı imperiyasında istifadə olunan, qızıl və gümüşlə işlənmiş qılınc götürülüb.

V.Cəlalova qarşı Cinayət Məcəlləsinin 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) və 178.3.2. (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb.