adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
29 Mart 2017 21:37
10749
ƏDƏBİYYAT
A- A+

“Buri”nin imza günü olacaq

Aprelin 1-i saat 16-dan 18-dək Gənc Tamaşaçılar Teatrında gənc yazar Ayxan Ayvazın "Buri” kitabının təqdimat mərasimi və imza günü keçiriləcək.

Maraqlananlar dəvət olunurlar.

Xatırladaq ki, "Buri” müəllifin ilk hekayələr kitabıdır. Bundan əvvəl onun bir roman, bir tərcümə kitabı işıq üzü görüb.

"Buri” ("Çörək”) kitabında A.Ayvazın on seçmə hekayəsi təqdim olunur.

Kitab "Qanun” nəşriyyatında çap olunub.