adalet.az header logo
  • Bakı 19°C
29 Mart 2017 15:54
14524
KRİMİNAL
A- A+

Tovuz sakini dəm qazından zəhərlənib

Tovuz rayonunda dəm qazından zəhərlənmə olub.

Adalet.az APA-ya istinadən xəbər verir ki, Xatınlı kənd sakini, 1995-ci il təvəllüdlü Abbasova Leyla Zahid qızı vanna otağında dəm qazından zəhərlənib. 22 yaşlı qız dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.