adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
29 Mart 2017 15:10
18895
MARAQLI
A- A+

DÜNYANIN MƏŞHUR TROLLARI

Bu kontekstdə trollar özünəməxsus yumor hissinə malik və qeyri-adi hərəkətlər edərək digərlərini güldürür. Onların hərəkətlərinə adətən trollin deyirlər.

Tarixdəki ən məşhur trollar bunlardı:

Pablo Eskobar - İnterpol və Narkotikə Qarşı Mübarizə İdarəsinin axtarışında ola-ola öz oğlunu «Ağ ev»ə səyahətə aparıb.

Oliver Bikar - Alyaska ştatının sakini Oliver yatmış vulkan Eckum dağını «yandırmağı» qərara gəlib. O, 1974-cü ilin 1 aprelində dağın zirvəsində 70 ədəd təkəri yandıraraq dağdan atıb. Bu hadisə çox ciddi qəbul olunub və xəbərlərdə vulkan püskürməsi kimi yayılıb.

Qraf Viktor Lüstik –Viktor dünya tarixinin ən uğurlu dələduzlarından biri kimi tanınır. O, özünü dövlət məmuru kimi təqdim edərək Eyfel qülləsini iki dəfə zəngin insanlara sataraq milyoner olub. Onu da qeyd edək ki, lüstik sözünün alman dilində mənası zarafatcıl deməkdir.

Con Titor – Con 2000-2001-ci illərdə dünya formlarında 2036-cı ildən gəlmiş zaman səyahətçisi kimi məşhurlaşmışdır. O, gələcək haqqında bəzi məlumtlar vermiş və çox insan bunu ciddi şəkildə qəbul etmişdir.

AVSTRİYA -Bəli, bütün ölkə. Niyə? Çünki onlar Hitlerin alman, Bethovenin avstriyalı olmasını dünyaya inandıra bilmişdi.

ÇJÜQE LAN- Təxminən 2000 il bundan əvvəl yaşamış Çin generalı Çjüqe öz kəndini qorumaq üçün kəndlilərdən ibarət ordu yığır. Lakin Çjüqe bu kəndlilərin döyüş qabiliyyətlərinin olmamasını nəzərə alaraq qərara gəlir ki, bu döyüşü uduzacaq. Kəndin darvazasının qarşısına çıxaraq orada çay içərək düşmənini gözləyir. Düşmən bunun bir tələ olduğunu fikirləşərək geri çəkilir.

Bazil Zaxarov - yunan silah alverçisi

Bir dəfə o, yunan hakimiyyətinə sualtı gəmi satır. Türkləri bu haqda məlumatlandıran Zaxarov onlara iki sualtı gəmi satır. Daha sonar ruslara məlumat sızdıran Zaxarov onlara üç sualtı gəmisi satır. Maraqlısı bu idi ki, gəmilərin heç biri işlək vəziyyətdə olmayıb.

Orson Uels – öz «Dünyaların müharibəsi» kitabını radioda oxuyarkən çox insanlar inanmışdı ki, marslılar dünyaya hücum edib.

Edqar Allan Po - Uest-Pointdə baş vermiş bu hadisə hərbi tarixdə ən gülməli hadisələrdən biri kimi qeyd olmuşdur. Edqarın nizam-intizam üzrə təlimatçısı sıra baxışı zamanı kəmər geymədiyinə "sıraya düzüləndə əsas odur ki, kəmər yerində olsun deyərək onu sıradan qovmuş və kəmərini geyib geri qayıtmasını söyləyibr. Bundan qəzəblənən Edqar lüt soyunaraq tək kəmər ilə sıraya geri dönüb.

Marsel Düşan - Müasir incəsənətə nifrət edən fransız əsilli amerikalı rəssam Marsel Düşan bir dəfə müasir incəsənətə təhqir olaraq evində işlətdiyi unitazın üzərinə imzasını ataraq sərgiyə satışa çıxarıb.

Benjamin Franklin – Olduqca zarafatcıl olan Franklin konstitutsiyanı yazandan sonra ABŞ-ın baniləri konstitusiyanı yenidən oxuyaraq orada zarafatlar axtarırdılar.

Ebbi Xofman- FTB tərəfindən axtarışda olarkən orada ekskursiyaya qatılıb.

İslandiya və Qrenlandiya - Qrenlandiya tamamilə buzla örtülmüş olmasına baxmayaraq, İslandiya tam əksi olaraq yaşıllıqlardan ibarətdir.

Hazırladı: Yılmaz İBRAHİMOV