adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
29 Mart 2017 15:35
8275
MƏDƏNİYYƏT
A- A+

Məşhur mükafatlandırma gecəsi Bakıda yenə keçiriləcək

"V&V company”-nin sahibləri Vadim və Valeriy İlişayev qardaşları aparıcı Sərxan Kərəmoğlu ilə müqavilə imzalayıb.

Adalet.az-ın məlumatına görə, bu haqda "V&V company”-nin müavini olan S.Kərəmoğlu özü məlumat verib.

Uzun müddətdir Rusiyada olan aparıcı əməkdaşımızla söhbətində bildirib ki, sentyabrda Bakıda "Qrand” mükafatlandılrma gecəsi baş tutacaq:

"Vadim və Valeri qardaşları 17 ildir "Qrand” mükafatlandırma gecəsi keçirir. Bu dəfə tədbirin işləri mənə həvalə olunub. Düzdür, "Qrand” hər dəfə fərqli və maraqlı keçib. Amma bu dəfə qeyri-adi bir gecə baş tutacaq. Mərasim Heydər Əliyev Sarayında keçiriləcək. Bu işlə bağlı yaxın günlərdə Bakıya qayıdacam. Şura yaradılacaq, buranın üzvləri tərəfindən mükafata layiq görülən tanınmışlar müəyyənləşdiriləcək. Seçim qapalı aparılacaq, mükafat alacaqların adını son günə qədər heç kim bilməyəck. Onu deyim ki, adlar hamını təəccübləndirəcək”.

S.Kərəmoğlu mükafatlandırma gecəsinin Moskvada da baş tutacağını deyib:

"Mükafata layiq görülən yerli ulduzlarımızın iştirakı ilə Kreml Saraında da tədbir təşkil olunacaq. Bu gecədə Rusiya şou-biznesinin tanınmış simaları yer alacaqlar”.