adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
29 Mart 2017 22:04
5433
İDMAN
A- A+

Yığmamız Moldovanı darmadağın etdi

Bu gün futzal üzrə Azərbaycan milli komandası növbəti oyununu keçirib. 

Yığmamız Moldova ilə yoldaşlıq matçında qüvvəsini sınayıb.

AVRO-2018-in seçmə mərhələsinə hazırlaşan yığmamız iki yoxlama oyunundan birincisinə çıxıb. Belə ki, millimizlə Moldova sabah yenidən üz-üzə gələcək.

İlk oyun yığmamızın 6:1 hesablı darmadağını ilə yekunlaşıb.

Tərəflər arasındakı ikinci oyun da bugünkü matç kimi Bakı İdman Sarayında baş tutacaq. Qarşılaşmasaat 18:30-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan dünya reytinqində 10-cu, Moldova isə 57-cidi.

Yoldaşlıq oyunu

29 mart

Azərbaycan – Moldova - 6:1

Qol:Xətai Bağırov, 6, Eduardo, 14, Fineo, 16, Olivyera, 25, Tyaqu, 26, Faiq Əliyev, 28 - Obada, 32

Bakı İdman Sarayı