adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
29 Mart 2017 15:24
2189
HADİSƏ
A- A+

Azərbaycan gömrükçüləri külli miqdarda siqaret aşkar edib

Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan külli miqdarda tütün məmulatını satma, satış məqsədi ilə saxlama barədə əməliyyat məlumatı daxil olub.

Adalet.az xəbər verir ki, bu barədə DGK mətbuat xidməti məlumat yayıb.

Dərhal yaradılan əməliyyat qrupunun həyata keçirdiyi tədbirlər nəticəsində Ələt-Astara yolunun Biləsuvar şəhəri ərazisindən keçən hissəsində Azərbaycan Respublikasının vətəndaşı Abbasov Rahid Əliseyran oğlunun idarə etdiyi "Hyundai Elantra” markalı minik avtomobili saxlanılıb.

Həmin nəqliyyat vasitəsinə baxış zamanı avtomobilin yük yerində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 50000 ədəd "Manchester” adlı siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.