adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
29 Mart 2017 14:54
6739
KRİMİNAL
A- A+

7 yaşlı uşağın qətli ilə bağlı rəsmi məlumat

Daxili İşlər Nazirliyi Sabirabadda 7 yaşlı uşağın atası tərəfindən qətlə yetirilməsi ilə bağlı məlumat yayıb.

Nazirlikdən DİN-in saytına istinadən xəbər verir ki, martın 28-də Sabirabad rayonunun Ulacalı kəndində yaşayan - əvvəllər məhkum olunmuş Röyal Məmmədov evində həyat yoldaşı Günel Məmmədova ilə aralarında baş verən münaqişə zəminində 7 yaşlı oğlu Röyaminin başına çəkiclə xəsarət yetirib və nəticədə uşaq hadisə yerində ölüb.

R.Məmmədov Sabirabad RPŞ əməkdaşları tərəfindən tutulub.