adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
29 Mart 2017 14:37
2508
GÜNDƏM
A- A+

DEYƏSƏN, HRANT DİNKƏ GÖRƏ TÜRKİYƏNİN YARISINI TUTACAQLAR

On il bundan qabaq (19 yanvar 2007-ci il) Hrant Dink adlı bir türk düşməni ermənini Ogün Samas adlı bir gənc günün-günorta çağı vurub öldürmüşdü. Biz bütün sui-qəsdlərə qarşıyıq, Allahın verdiyi ömrü Allah ala bilər. Hrant Dinki öldürməklə Ogün bəy böyük bir cinayət elədi. Əslində Hrant Dink türk düşmənçiliyinə görə cinayət məsuliyyətinə cəlb olunmalıydı və cəzalanmalıydı. Amma bütün dünyada ermənilər toxunulmazlıq hüququna malik olduğu kimi təbii ki, qardaş ölkədə də bu hüquqa malikdirlər.

Nəticədə bir axmaq dəliqanlı başından böyük bir qələt elədi. Tutuldu və cinayətini də etiraf elədi. Üstündən on il keçib. On ildi istintaq davam edir. Hələ nə qədər əmniyyət işçiləri, yarğıçılar, savçılar bu qətllə bağlı tutuqlanıblar. Neçə-neçə əmniyyət müdiri və əmniyyət amiri də həbs olunub.

Bir neçə gün əvvəl daha 8 nəfər Hrant Dinkin ölümünə görə, türklər özləri demiş, tutuqlandı. Belə getsə, deyəsən Hrant Dinkə görə Türkiyənin yarısını tutuqlayacaqlar.