adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
29 Mart 2017 12:32
17377
MARAQLI
A- A+

Dünyanın ən böyük maliyyə mərkəzləri - SİYAHI

"Z/yen Group Ltd." maliyyə konsaltinq şirkəti 100-dən çox şəhərin təhlili əsasında özünün 21-ci dünya maliyyə mərkəzləri (Global Financial Centers Index, GFCI) indeksini dərc edib.

"psm7.com"saytının məlumatına görə, siyahıda birinci yerdə 782 bəndlə London qərarlaşıb, ilk beşlikdə isə ciddi dəyişikliklər müşahidə olunub. İkinci yeri Nyu-York (780 bənd), üçüncü yeri Sinqapur (760 bənd), dördüncü yeri Honqkonq (755 bənd) və beşinci yeri Tokio (740 bənd) tutub.

Siyahıya daxil olan Sidney 8-ci yerdən 11-ci yerə yüksəlib, Sürix isə 11-ci yerdən 9-cu yerə enib.

Ekspertlər qeyd edirlər ki, Qərbi Avropa maliyyə sektoru son yarım ildə yüksək volatilliyi ilə səciyyələnib: Avropanın 29 maliyyə mərkəzindən 16-sı siyahıda öz mövqeyini itirib və onlardan yalnız 12-si reytinqində yüksələ bilib.

Reytinq bir neçə meyar - biznes-mühit, maliyyə, infrastruktur, insan kapitalı və reputasiyası əsasında tərtib olunub.