adalet.az header logo
  • Bakı 13°C
29 Mart 2017 10:56
3342
MƏMLƏKƏT
A- A+

Naxçıvana iki ayda 45 minə yaxın turist gəlib

Bu ilin 2 ayı ərzində Naxçıvan Muxtar Respublikasına gələn turistlərin sayı artıb.

Bu barədə MR-nın Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, 2017-ci ilin yanvar-fevral aylarında Muxtar Respublikaya 44 min 672 nəfər turist gəlib. Bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 6,8 faiz və ya 2847 nəfər çoxdur.