adalet.az header logo
  • Bakı 18°C
29 Mart 2017 09:51
6991
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğlundan yeni şeir































Sevgi çiçəyi

Bu anlar yadında qalacaq yəqin
Bir az xatirə tək, bir az yuxu tək,,,
Ruhum səksənəcək çəkəndə mənim
Sevgimdən nümunə kövrək duyğu tək!


Qaranlıq məqamlar ulduzlanacaq
Ay da doğulacaq arada əlbət...
Ömründə bir xoşbəxt ulduz yanacaq
İstəsən deyərsən ona-Əbülfət!


Bütün olmuşları sözə çevirib
Təklikdə özünə pıçıldayarsan......
Ömür ağacımın sevgi çiçəyi-
Məndən sonrada SƏN puçurlayarsan!....