adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
29 Mart 2017 09:36
4536
ELM VƏ TƏHSİL
A- A+

Magistratura və rezidenturaya sənəd qəbulu başa çatıb

Azərbaycanın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura və rezidentura pillələrinə elektron ərizə qəbulu başa çatıb.

Sənəd qəbulu martın 10-dan 28-dək davam edib. Sənəd qəbulu martın 17-də başa çatmalı olsa da, ərizələrini doldurmuş, lakin təsdiq etməmiş namizədlərin sayının çox olması nəzərə alınaraq, proses 28 mart saat 23:59-dək uzadılıb.

Bu müddət ərzində magistratura və rezidenturaya ərizə vermək istəyən namizədlərə elektron ərizə formasını doldurub təsdiq etmək imkanı verilib. Ərizələrini hər hansı səbəbdən təsdiq edə bilməyən bakalavrlar martın 28-i saat 17:00-dək Sənəd Qəbulu Komissiyalarına müraciət ediblər.

Qeyd edək ki, magistratura imtahanın birinci mərhələsi aprelin 9-da, ikinci mərhələsi iyunun 4-də, rezidentura üzrə baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı aprelin 9-da, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı isə iyulun 5-də keçiriləcək.