Tarif Şurasına yeni səlahiyyət verildi
Nazirlər Kabineti "Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”na dəyişiklik edib.
Qaydaya əsasən Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq "Azərbaycan Respublikasının dərman vasitələrinin Reyestri”nə daxil edilmiş dərman vasitələrinin qiymətləri Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir.
Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin topdan və ya pərakəndə satışı Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilən qiymətlərlə həyata keçirilir. Dəyişiklik dərman vasitələrinin qiymətlərinə dövlət nəzarətinin həyata keçirilməsi sahəsində Tarif (qiymət) Şurasının Katibliyinə yeni səlahiyyətin verilməsi ilə bağlıdır. Bundan sonra dövlət qeydiyyatından keçmiş dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi məqsədi ilə bəyannamələrin, hesabat sənədlərinin və məlumatların vaxtında və ya düzgün təqdim edilməsinə nəzarəti Tarif (qiymət) Şurasının Katibliyi həyata keçirəcək.
Digər Xəbərlər
19 Aprel 2024 19:37
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb - FOTOLAR
19 Aprel 2024 17:22Vilayət Eyvazov Kollegiya iclası keçirdi - FOTOLAR
19 Aprel 2024 11:19İsmayıllıdakı bazarda nöqsanlar aşkarlandı
19 Aprel 2024 10:17“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
18 Aprel 2024 15:06