adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
28 Mart 2017 21:30
12946
MARAQLI
A- A+

Eyfel qülləsi güllə keçirməyəcək

Fransa höküməti ölkədə terraktların qarşısını almaq üçün tədbirlər görür.

Adalet.az xəbər verir ki, son zamanlarda ölkədə baş verən terror aktları ilə bağlı məsələlərin həlli üçün xüsusi Şura yaradılıb.

Müzakirələrdə hər il 7 milyon turistin ziyarət etdiyi Fransanın simvolu Eyfel Qülləsinin güllə keçirməyən şüşə ilə qorunması layihəsinə razılıq verib.

Qüllənin ön və arxa tərəfinə 2,5 metr hündürlüyündə güllə keçirməyən şüşə panellərin yerləşdirilməsi, təhlükəsizlik nəzarəti ilə giriş və çıxışların olduğu sağ və sol tərəflərə isə metaldan barmaqlıqlar qoyulması planlaşdırılır.

Qüllə ətrafında hərəkət edən nəqliyyat marşrutları da dəyişdiriləcək.

2018-ci ilin son 3 ayı ərzində başa çatdırılması planlaşdırılan layihə, 20 milyon avroya başa gələcək.