adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
28 Mart 2017 21:15
4659
SAĞLAMLIQ
A- A+

Qadınlar bilə-bilə bu ölümə gedir

Əsasən bədən korreksiyası üçün istifadə edilən "Aqualift” dolğuları ilə bağlı sosial narahatedici məlumatlar yayılır.

Adalet.az xəbər verir ki, hazırda qeyri-qanuni şəkildə Çində istehsal edilən bu dolğuların ABŞ və Avropanın bəzi ölkələrində qadağan olunduğu vurğulanır. İddiaya görə, Azərbaycanda bəzi həkim-kosmetoloqların gen-bol istifadə etdiyi bu dolğu ciddi fəsadlar törədə bilər.

Qeyd olunur ki, bu cür dolğulardan istifadə süd vəzi xərçəngi, üzdə dəri xərçəngi, ayaq sümüklərində ərimə və Hepatit C kimi ağır xəstəliklərə səbəb olur.

Yayılan məlumatla bağlı axar.az-a danışan həkim-kosmetoloq Nərgiz İsmayılova da bu dolğuların təhlükəli olduğunu bildirib. Onun sözlərinə görə, bu dolğular əsasən bədəni korreksiya etmək üçün istifadə olunur:

"Azərbaycanda bu dolğulardan istifadə edənlər az deyil. Amma mən bunun keyfiyyətinə əmin olmadığım üçün istifadə etmirəm. Sertifikatlaşdırılmış preparatlardan istifadə daha məqsədəuyğundur. Bildiyimə görə, hazırda nəinki ABŞ və Almaniyada, Rusiyada da bu dolğular təhlükəli hesab olunur. Əgər hansısa ölkə bunu təhlükəli hesab edirsə, demək, bu haqda düşünməyə dəyər.

Ümumiyyətlə isə konsultasiya zamanı preparatın əks göstərişinə səbəb ola biləcək heç bir xəstəlik aşkarlanmırsa, yalnız bu halda dolğudan istifadə etmək olar”.

Qeyd edək ki, Çində istehsal olunan bu saxta dolğuların orijinalı "AQUAfilling”dir.