adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
28 Mart 2017 21:07
3862
İDMAN
A- A+

FİFA-dan Messiyə ağır cəza

FİFA Argentina millisinin kapitanı Lionel Messini cəzalandırıb.

Adalet.az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, 29 yaşlı futbolçu DÇ-2018-in seçmə mərhələsində Çiliyə qarşı matçda yan xətt hakiminin həm özünü, həm də anasını söydüyü üçün 4 oyunluq cəzaya məruz qalıb. Bundan başqa ona 10 min İsveçrə frankı dəyərində cərimə kəsilib.

Qeyd edək ki, "Barselona”nın hücumçusu cəza səbəbindən DÇ-2018-in seçmə mərhələsinin yalnız son oyununda meydana çıxa bilər.