adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
28 Mart 2017 18:36
2063
GÜNDƏM
A- A+

Konstitusiya Məhkəməsi Palatasının iclası keçirilib

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Məhkəmənin mətbuat xidmətindən verilən məlumata görə, iclasda Konstitusiyanın 130-cu maddəsinin V hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında” qanunun 7.1-ci maddəsinə əsasən, "Azercell Telekom” MMC-nin məhkəmə aktlarından verdiyi şikayətə baxılaraq, Konstitusiya Məhkəməsi Plenumunun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.

Şikayətə mahiyyəti üzrə, Konstitusiya Məhkəməsi Plenumunun aprelin 14-nə təyin edilən iclasında baxılacaq.