adalet.az header logo
  • Bakı 21°C
28 Mart 2017 18:22
5055
DÜNYA
A- A+

Türkiyədə mağazalarda bu qadağan ediləcək

Türkiyədə 2018-ci ilin yanvarından mağazalarda pulsuz sellofan paketlərin verilməsi qadağan ediləcək.

Yeni qanuna əsasən, bu sellofan paketləri yalnız pulla almaq mümkün olacaq.

Qadağa qüvvəyə minənədək istehlakçılara mağazalarda parça və kağız paketlər veriləcək.

Bu qanun plastik məişət tullantılarının azaldılmasına yönəlib.

Qeyd edək ki, Türkiyədə hər gün 30 ton plastik paket istifadə edilir ki, onlardan yalnız 1 faizi təkrar emal olunur.