adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
28 Mart 2017 17:40
3577
MƏMLƏKƏT
A- A+

Azərbaycanda TV yayımı ilə bağlı YENİ QƏRAR

"Azərbaycanın efir məkanında növbəti kompleks profilaktika işləri bu il oktyabrın 16-da keçiriləcək".

Adalet.az xəbər verir ki, bu barədə özəl olaraq Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, bu ilin əvvəlində hazırlanmış cədvələ əsasən profilaktika işlərinin ildə 4 dəfə aparılması nəzərdə tutulmuşdu: "Amma, bu işlərin ildə iki dəfə keçirilməsi məqsədəuyğun hesab edilib".

Mənbə qeyd edib ki, ilin birinci profilaktikası fevralın 6-da keçirilib.