adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
28 Mart 2017 16:36
5156
DÜNYA
A- A+

İŞİD İranı ələ keçirməklə təhdid etdi

"İslam dövləti” terror qruplaşması İranın ünvanına təhdidlər səslənən video paylaşıb.

Adalet.az xəbər verir ki, bu barədə İranın xəbər telekanalı İRİNN məlumat yayıb.

Məlumata görə, internetdə 37 dəqiqəlik çarx yerləşdirilib, bu çarxda üç İŞİD yaraqlısı fiqurantlıq edir. Abu Faruq əl-Farsi adlı birinci yaraqlı farsdilli nümayəndə, ikinci özünü Abu Modcahed əl-Baluşi beluca xalqının adından, üçüncü isə Abu Saad əl-Əhvazi ərəbdilli əhalinin adından çıxış edir.

Onlar İran İslam Respublikasının hakimiyyətini kafir adlandırır və əhalini ixtisaslara, diversiya və silahlı hücuma çağırır.