adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
28 Mart 2017 16:26
4584
İDMAN
A- A+

Həyat yoldaşına görə millini tərk etdi

"Yuventus"un futbolçusu Andrea Barzalyi İtaliya millisinin düşərgəsini tərk edib.

Adalet.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, buna onun həyat yoldaşı ilə problem yaşaması səbəb olub.

Məlumatı millinin baş məşqçisi Campyero Ventura təsdiqləyib: "Andrea mənə xanımı ilə yaşadığı ciddi problemdən bəhs etdi. Onun dedikləri məni təəccübləndirdi. Buna görə də, Barzalyini buraxdım. O, Hollandiyaya qarşı oynamayacaq”.

Qeyd edək ki, Andrea Barzalyi 2004-cü ildən İtaliya millisində çıxış edir.