adalet.az header logo
  • Bakı 16°C
28 Mart 2017 15:21
12725
SİYASƏT
A- A+

“Qarabağ münaqişəsi vasitəçi olmadan həll edilməlidir” - Lukaşenko

"Ermənistan və Azərbaycan masa arxasına oturmalı və Dağlıq Qarabağ münaqişəsini vasitəçi olmadan həll etməlidir”.

Bunu Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistanın Belarusdakı səfiri Armen Xaçatryanla görüşündə deyib.

Onun sözlərinə görə, məsələnin həlli ilə münaqişə tərəfləri məşğul olmalıdır: "Bu bizim, mənim məsələm deyil. Bizim edə biləcəyimiz heç nə yoxdur. Lakin Ermənistan prezidenti və ya Ermənistanda, həmçinin Azərbaycanda mənim mövqeyimi soruşanda, harada olmağımdan asılı olmayaraq deyirəm ki, insanlar ləyaqətli yaşamağa layiqdirlər. Bu gün Dağlıq Qarabağda insanlar yaxşı və layiqincə yaşadığına inanmıram. Mövqeyimiz bundan ibarətdir ki, Ermənistan və Azərbaycan heç bir vasitəçi olmadan masa arxasına oturmalı, məsələni həll etməlidir. Əgər onlar kimisə zamin kimi görmək istəyirlərsə, özləri qərar verməlidir”.

Belarus prezidenti vurğulayıb ki, insanların həlak olmasından və yoxsulluqdan əziyyət çəkməsindən siyasətdə vasitə kimi yararlanmaq olmaz: "Bu bizim bütün münaqişələrlə bağlı dəyişməz mövqeyimizdir".