adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
28 Mart 2017 13:29
4064
GÜNDƏM
A- A+

DAHA BİR CANAVAR MƏSƏLİ

Bir dəfə dörd-beş maşın adam Ağcabədiyə kəndimizə gedirdik. Birdən təzəcə boy atmış zəmidən qoyun itindən də böyük bir canavar çıxdı və dayandı. Biz də maşından düşdük, on-on beş adam, maraqla canavara baxırdıq. O da heç bizi vecinə almadan bizə baxırdı. Təxminən 3-4 dəqiqə belə baxışdıq. Sonra heç nə olmamış kimi yolun o biri üzünə kəndə tərəf keçdi. Yenə bir dayanıb bizə baxdı. Bizi gülmək tutmuşdu, o da deyəsən istehza ilə baxırdı ki, sanki deyirdi, bilirəm silahınız yoxdu. Sağ olsun, bizə hörmət elədi, bizə dəymədi. Getdi bizim qohumların qoyunlarına baş çəkməyə. Yaxşı bilirdi ki, bizim qohumlarda da silah yoxdu.