adalet.az header logo
  • Bakı 17°C
28 Mart 2017 12:32
2404
HADİSƏ
A- A+

“Tarqovı”da qızlar saçyolduya çıxdılar - Polis güclə ayırdı

Bakının mərkəzində xanımlar arasında dava-dalaş düşüb.

 Xəqani küçəsi 24 ünvanın qarşısında ("Tarqovı" məhəllə istiqaməti) Sumqayıt şəhər sakini, 1993-cü il təvəllüdlüQasımova ZülfiyyəTağı qızıilə 1997-ci ildə anadan olmuş paytaxt sakiniRəşidova Nəzrin Şahin qızıarasında dava düşüb.

Yaxınlıqdakı şəxslər çalışsa da bir-birini vurub, saçını yolan qızları ayıra bilməyiblər. Ərazidə xidmət aparan post patrul polisinin müdaxiləsindən sonra onları sakitləşdirmək mümkün olub. Hər iki qız polis bölməsinə aparılıb və izahatları alınıb.