adalet.az header logo
  • Bakı 18°C
28 Mart 2017 10:46
2723
GÜNDƏM
A- A+

İranlı musiqiçi qondarma “Dağlıq Qarabağ Respublikası”nda konsert verdi – FOTO

İran və Ermənistan arxeoloqlarının Şuşada qanunsuz arxeoloji qazıntılar aparılmasının ardınca bu iki ölkənin təmsilçilərinin işğal olunmuş ərazilərimizdə daha bir müştərək fəaliyyəti barədə xəbər yayılıb.

Adalet.az Musavat.com-aistinadən xəbər verir ki, Xankəndi şəhərində qondarma "Dağlıq Qarabağ Respublikası”nda"mədəniyyət nazirliyi”nin dəstəyi ilə Sayat Nova adına kollecdə İran və "Dağlıq Qarabağ”ın musiqiçilərinin birgə konserti olub.

İrandan gələn fleytaçıMeysam Hodraterməni həmkarıArtaşes Qriqoryanla, həmçinin pianoçuMarina Barxudaryanla bir səhnəni bölüşüb. Konsertdə erməni, İran və qərb bəstəkarlarının əsərləri səsləndirilib. Azərbaycan ərazisinə qanunsuz səfər etmiş İran musiqiçisi deyib ki, "Dağlıq Qarabağ”da olduğuna görə şaddır.

"Mən ilk dəfə turist kimi burada olmuşdum. Ancaq bu dəfə bu möcüzəli "ölkə”yə musiqiçi kimi gəlmişəm”, - deyə Hodrat bildirib.

Oiddia edib ki, "Dağlıq Qarabağ”la İran arasında münasibətlərin inkişafını istəyir.

İrəvan Akademik Opera və Balet Teatrında işləyən A.Qriqoryan isə bu sərsəmləmələri davam etdirib və deyib ki, bu konsert "İranın ənənəVi yeni ilinə” (Novruz) həsr olunub.

"Bizim mədəni əlaqələrimizi möhkəmləndirən belə konsertlərə görətəşəkkür edirik. Bu kimi tədbirlər həm də turizm əlaqələrini genişləndirir”, - erməni musiqiçi deyib.

Yəqin ki, Azərbaycan XİN, həmçinin Mədəniyyət və Turizm Nazirliyi İran vətəndaşı olan musiqiçinin qanunlarımızı pozmasına müvafiq münasibət bildirəcək.