adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
28 Mart 2017 10:20
8180
SİYASƏT
A- A+

Tramp kürəkəninə vəzifə verdi

Donald Trampın kürəkəni və eyni zamanda müşaviri Cared Kuşner Ağ ev yanında yeni yaradılmış Amerika İnnovasiya Ofisinin (Office of American Innovation) rəhbəri təyin olunub.

Adalet.az xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ prezidentinin mətbuat katibi Şon Spayser məlumat verib.

"Amerika İnnovasiya Ofisi prezidentin geniş hökumət əməliyyatları və xidmətləri dairəsini planlaşdırılmış vaxtdan daha tez və büdcədə nəzərdə tutulandan daha ucuz həyata keçirmək barədə tövsiyələrini reallaşdıracaq”, - Spayser bildirib.

Kuşner, xüsusilə, nazirlik və idarələrdə texnologiyaların təkmilləşdirilməsi ilə məşğul olacaq. Spayser veteranlarla iş üzrə nazirliyin səmərəliliyinin artırılmasının lazım olduğunu xüsusilə vurğulayıb.