adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
27 Mart 2017 12:03
10570
MƏDƏNİYYƏT
A- A+

Onlar da bacarır - FOTO

29.03.2017-ci il tarixində saat 14:00-da Şəmkir Heydər Əliyev Mərkəzində uzun müddətdir ki, davam edən "Bacarmaq istəyirik” layihəsi iştirakçılarının əl işlərindən ibarət sərgi təşkil ediləcək. Sərgidə iştirak etmək arzusunda olanlar Şəmkir Heydər Əliyev Mərkəzinə müraciət edə bilərlər.

Qeyd edək ki, "Bacarmaq istəyirik" layihəsi çərçivəsində keçirilən təlimlərdə fiziki məhdudiyyətli uşaqlara toxuculuq, tikiş, əl işləri və s. sahələri üzrə təlimlər keçirilib. Bu layihələrin keçirilməsi fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyasını təmin etmək, peşə seçimində onlara yardımçı olmaq, onlarda ilkin peşə və bacarıqların formalaşdırımaq məqsədi daşıyır.
Sərgidə iştirak edərək siz də onlara öz dəstəyinizi nümayiş etdirin!