adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
27 Mart 2017 22:54
4674
DÜNYA
A- A+

Rusiyanı Cənubi Qafqazla birləşdirən yol yenə bağlandı

Rusiyanı Cənubi Qafqazla birləşdirən Hərbi Gürcüstan yolu minik və yük avtomobilləri üçün bağlanıb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Şimali Osetiya üzrə Baş İdarəsi məlumat yayıb.

Yolun Moskva vaxtı ilə saat 19:00-dan etibarən bağlandığı bildirilir. Yol qeyri-sabit hava şəraiti ilə əlaqədar qeyri-müəyyən müddətə bağlanıb.