adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
27 Mart 2017 21:54
4738
DÜNYA
A- A+

Mosulda 112 nəfər faciəvi şəkildə ölüb

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın İraqın Mosul şəhərinə endirdiyi aviazərbələr nəticəsində ölənlərdən 112 nəfərin meyiti tapılıb.

"RİA Novosti"nin verdiyi xəbərə görə, İraqın səhiyyə naziri Əhməd Dubardani bildirib ki, üç gün ərzində tapılan meyitlər torpağa tapşırılıb.

Qeyd edək ki, Mosula aviazərbələr ötən həftə endirilib. Yerli mətbuatın məlumatına görə, ən azı 200 nəfər ölüb

Koalisiya qüvvələri dinc sakinlərin öldüyü barədə xəbəri təsdiqləməyib.