adalet.az header logo
  • Bakı 11°C
27 Mart 2017 21:30
4772
DÜNYA
A- A+

İngiltərə XİN rəhbəri Moskva səfərini təxirə saldı

İngiltərə Xarici İşlər naziri Boris Conson Rusiyanın paytaxtı Moskvaya səfərini təxirə salıb.

Adalet.az xəbər verir ki, İngiltərənin Moskvadakı səfirliyi məsələ ilə bağlı açıqlamasında səfərin hansı səbəbdən təxirə salınmasına aydınlıq gətirib.

Səfirlik açıqlamasında NATO xarici işlər nazirlərinin keçirəcəyi toplantının tarixinin dəyişməsi səbəbindən B. Consonun Moskva səfərinin təxirə düşdüyünü bəyan edib.

Qeyd edək ki, Conson Rusiyaya 5 il sonra səfər edəcək ilk Böyük Britaniya Xarici İşlər naziri olacaq.