adalet.az header logo
  • Bakı 19°C
27 Mart 2017 21:37
10381
SİYASƏT
A- A+

Aslanov Argentina prezidenti ilə görüşdü

Azərbaycan Respublikasının Argentina Respublikasındakı səfiri Rəşad Aslanov etimadnaməsini bu ölkənin Prezidenti Maurisio Makriyə təqdim edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, sonra keçirilən görüşdə səfir R.Aslanov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Argentina dövlətinin başçısına çatdırıb.

Prezident Maurisio Makri onun da salamlarının və ən xoş arzularının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.

Görüşdə səfir R.Aslanov Prezident Maurisio Makriyə ölkəmiz barədə ətraflı məlumat verib. Həmçinin Azərbaycan ilə Argentina arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Prezident Maurisio Makri səfir R.Aslanova diplomatik fəaliyyətində uğurlar arzu edib.