adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
27 Mart 2017 19:44
7284
KRİMİNAL
A- A+

Sərxoş halda polis avtomobilini zədələyən şəxs tutulub – FOTO

Yanvarın 17-də Göygöl Rayon Polis Şöbəsinin "Fiat Doblo” markalı xidməti avtomobilini zədələyən Şəmkir sakini, 49 yaşlı Talıb Bayramov saxlanılıb.

Adalet.az-ın APA-ya istinadən verdiyi məlumata görə, o, toy məclisində olan zaman bacısı Məhsəti İbrahimovanın avtomobillə vurulması xəbərini eşidib və sərxoş halda məclisi tərk edərək polis avtomobilinə hücum çəkib.

Bir müddət yaşadığı Şəmkirin Qılıncbəyli kəndindən ayrı düşən T.Bayramov müxtəlif ünvanlarda qalıb. Göygöl Rayon Polis şöbəsinin əməkdaşları onu Abşeron rayonu Masazır qəsəbəsində saxlamağa müvəffəq olub.

Faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə iş başlanılıb, istintaq aparılır.