adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
27 Mart 2017 17:57
4207
İDMAN
A- A+

Hakan Şükür “Qalatasaray”da üzvlükdən məhrum edildi

"Qalatasaray”ln canlı əfsanəsi Hakan Şükür daha klubun üzvü deyil. Bu qərar İdarə Heyətinin bu ərəfədə keçirdiyi iclasında qəbul edilib.

Adalet.az "Sputnik Turkiye”yə istinadən xəbər verir ki, səs çoxluğu ilə Şükürün və daha öncə "Qalatasaray” üçün oynayan Arif Erdemin üzvlükdən məhrum edilməsinə dair qərar qəbul edilib. Bu sabiq oyunçular ilə yanaşı, klub üzvlüyündən 2500-ə yaxın adam məhrum edilib.

Məlumata görə, Şükür üzvlük haqqını ödəmədiyi üçün məhrum edilib. Karyera boyu Hakan Şükür "Qalatasaray” üçün 302 matçda meydana çıxıb və 130 qol vurub.