adalet.az header logo
  • Bakı 16°C
27 Mart 2017 16:53
5647
MƏMLƏKƏT
A- A+

Bakıda avtobuslar üçün xüsusi hərəkət zolaqları çəkilir - Fotolar

İlkin mərhələdə Bakı Nəqliyyat Agentliyinin (BNA) təşəbbüsü ilə paytaxtın 9 ünvanında ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının çəkilişi aparılacaq.

Bu barədə BNA-nın İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib. Onun sözlərinə görə, bunlardan biri Füzuli küçəsində, digəri isə dünən Yusif Səfərov küçəsində çəkilib və nişanlanma işləri aparılıb.


"Artıq avtobuslar həmin zolaqlardan rahat şəkildə istifadə edirlər. Bakı şəhərinin küçə və prospektlərdə hazırda mütəxəssislərimiz müvafiq dövlət qurumlarla araşdırmalar aparırlar. Bu cür xüsusi hərəkət zolaqları yalnız 3 və daha artıq hərəkət zolağı olan küçə və prospektlərdə çəkiləcək. İki hərəkət zolağı olan küçələrdə bu zolaqların çəkilməsi məsləhət deyil, çünki nəqliyyatın sıxlığına səbəb olacaq”.

M.Ağayev qeyd edib ki, ümumi istifadə olan nəqliyyat avsitələri üçün çəkilmiş xüsusi hərəkət zolaqlarından operativ nəqliyyat vasitələri-təcili tibbi yardım, yanğın söndürən, polis maşınları da istifadə edə biləcəklər.


"Digər nəqliyyat vasitələrinin bu hərəkət zolağı ilə hərəkət etməsi qadağandır və onları 40 manata qədər cərimə gözləyir. Eyni zamanda avtobuslar da bir-birlərini ötə bilməzlər və bir-birinin ardınca hərəkət etməlidirlər. Xüsusi hərəkət zolaqlarına nəzarəti Dövlət Yol Polisi həyata keçirirlər. Lakin ilkin vaxtlarda xüsusi hərəkət zolaqlarına çıxan sürücüləri müşahidə edirdik. Lakin bir daha sürücülərə müraciət edirik ki, onlar bu yollardan istifadə etməsinlər, həmin yollardan yalnız sərnişin avtobusları istifadə edəcək”.