adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
27 Mart 2017 15:39
3625
İDMAN
A- A+

Azərbaycan triatlonçusu Avropa kubokunun qalibi olub

Azərbaycan triatlonu cari il ərzində beynəlxalq arenada ilk uğuruna nail olub. Bu uğuru ölkəmizə qazandıran Rostislav Pevtsov İspaniyanın Las-Palmas şəhərində keçirilən Avropa kuboku yarışında birinci yeri tutub. İdmançımız bu qələbə ilə həm də aktivinə reytinq balları yazdırıb.

Azərbaycan Triatlon Federasiyasından Adaleta.az-a bildiriblər ki, R.Pevtsov yarışın 1,5 kilometrlik su mərhələsini 18 dəqiqə 40 saniyəyə başa vurub. O, 40 kilometr məsafəyə veloyürüşü 1 saat 9 saniyəyə qət edib. Yarışın sonuncu mərhələsi - 10 kilometr məsafəyə qaçış üzrə isə R.Pevtsov 30 dəqiqə 45 saniyəlik nəticə göstərib.

Beləliklə, Azərbaycan idmançısı birinci yeri tutaraq Avropa kubokunun qalibi olub.