adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
27 Mart 2017 14:54
4578
DÜNYA
A- A+

İranda sel nəticəsində 7 nəfər ölüb

İranın bir neçə əyalətində sel fəlakəti 7 nəfərin həyatına son qoyub.

Adalet.az APA-ya, ötən 3 gün ərzində davamlı və güclü yağışlar 15 əyalətdə, o cümlədən Tehran, İlam, Buşəhr, Cənubi Xorasan, Rəzəvi Xorasan, Xuzestan, Sistan və Bəluçistan, Fars, Qəzvin, Kirman, Kirmanşah və digər yerlərdə daşqınlara səbəb olub.

Sel nəticəsində indiyədək 7 nəfər ölüb. 2900 nəfər xilas edilib və zəruri ehtiyacları təmin olunub. 101 ev sudan təmizlənib.

Həyatını itirən şəxslərdən 4 nəfəri bir ailənin üzvüdür. Onlar Buşəhr əyalətində, daha 3 nəfər isə Fars əyalətində ölüb.