adalet.az header logo
  • Bakı 18°C
27 Mart 2017 14:42
14529
İQTİSADİYYAT
A- A+

Türkiyə Rusiyanın kənd təsərrüfatı mallarına qoyduğu rüsumların həcmini açıqladı

Türkiyə tərəfindən Rusiya kənd təsərrüfatı mallarına tətbiq edilən rüsumların həcmi açıqlandı.

Adalet.az xəbər verir ki, bu barədə "İzvestiya” qəzeti məlumat yayıb.

Martın 15-dən buğda və qarğıdalıya 130 faiz həcmində, günəbaxan yağına36 faiz həcmində rüsum tətbiq edilib. Düyünün mədaxilinə rüsum 45 faiz, günəbaxan şrotuna 13,5 faiz, paxlalılara 9,7 faizdən ibarət rüsum qoyulub.

Bununla yanaşı, günəbaxan yağının minimal gömrük dəyəri bir ton üçün 1500 dollardan ibarət olmalıdır. Kənd Təsərrüfatı Nazirliyində bunun bir ton üçün cari qiymətin 800 dollardan ibarət olduğu halda mümkün olmadığını bildiriblər.

Nəşr yazır ki, bu vəziyyətdə rusiyalı məmurlar və biznesmenlər Asiya, Latın Amerikasıvə Afrikada yeni idxal bazarı axtarırlar.

Türkiyə, Moskvanın pomidor daxil olmaqla bəzi məhsulların idxalına qadağa qoymasından narazı qalan yerli şirkətlərin xahişi ilə Rusiyadan gətirilən dənlilərə rüsum tətbiq edib. Məhsulların idxalına qadağa 2016-cı ilin yanvar ayının 1-dən münasibətlərdə gərginlik yaranandan sonra tətbiq edilib.