adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
27 Mart 2017 13:30
4640
DÜNYA
A- A+

Qəfil geomaqnit qasırğası başlayıb

Bu gün qəfil geomaqnit qasırğası başlayıb.

Adalet.az xəbər verri ki, bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müaviniElçin Babayevbildirib.

Onun sözlərinə görə, qasırğanın gücü G2-dir (maksimum G5 olur), Kp indeksi isə 5-dir. Qasırğa gün ərzində ən azı G1 sinfinə mənsub olan səviyyədə davam edəcək.

Carı qasırğanın səbəbi Günəşin səthində formalaşmış növbəti böyük ölçülü tac dəliyidir (Coronal Hole = CH).