adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
27 Mart 2017 13:24
5562
DÜNYA
A- A+

RUSİYADA ETİRAZ MİTİNQLƏRİ KEÇİRİLİR - FOTO

Korrupsiyaya qarşı mitinqlər Rusiyanın bütün bölgələrində keçirilir. Aleksey Navalnının Korrupsiyaya Qarşı Mübarizə Fondunun saytında dərc etdirdiyi baş nazir Dmitri Medvedevin gizli aktivləri barədə açıqlamaları ölkədə kütləvi etiraz mitinqlərinin keçirilməsinə səbəb olub.

Aleksey Navalnının sözlərinə görə, kütləvi etiraz aksiyaları Rusiyanın 99 şəhərində keçirilib və bu mitinqlərdə on minlərlə vətəndaş iştirak edib.

«OVD-info»nun məlumatına görə, etiraz mitinqləri zamanı təkcə Moskva şəhərində polislər tərəfindən 1030 nəfər adam saxlanılıb. Tutulanların əksəriyyəti «kütləvi tədbirlər zamanı qaydaların pozulması» maddəsi ilə 20 min rubl cərimə olunaraq sərbəst buraxılıb. Rusiya Federasiyasının CM-nin 317-ci maddəsi ilə qaldırılan cinayət işi üzrə 22 müstəntiq tərəfindən polis işçilərinə xəsarət yetirilməsi faktı ilə bağlı dindirmələr həyata keçirilir.

Maraqlıdır ki, Rusiya telekanallarının heç biri ölkədə baş verən etiraz mitinqləri barədə heç bir məlumat yaymayıblar.

Mehriban