ÖMÜR ŞAM KİMİ ƏRİYƏNDƏ…

FAİQ QİSMƏTOĞLU
69083 | 2017-03-27 12:38

Deyirlər ki, şamınömrü çox qısa olur. Ancaq şam öz işığıyla ətrafa nur saçır. Yəni bu işıq, bu nurətrafı öz hərarətinə və istiliyinə bələyir. İnsan taleyi də bir çox halda şama bənzəyir. Xoşbəxt o insandırki, yaşadığı ömrü yada salanda heç vaxt peşmançılıq hissi keçirmir. Yəni bu insandüşünür ki, 60-70 il yaşamışam çox şey qazanmışam. O şey ki, həmin insanı başqalarınasevdirir və heç vaxt unutdurmur…

Murad Şükürov daməhz belə ziyalılardan biridir. Ona görə ziyalı deyirik ki, o gözünü açandan bugünə kimi özünü insanlara sevdirməyi bacarıb. Daha doğrusu, bir müəllim, bir işıqlıinsan olaraq ömrünü şam kimi şagirdlərinin yolunda əridib. Və bu ömür heç də həradama bu qədər sevgi və bu qədər məhəbbət bəxş eləmir. Murad müəllim harda olubsa,harda işləyibsə, orda insanların qəlbinə yol tapmağı bacarıb.

Zarafat deyil, buadam düz 26 il məktəb direktoru vəzifəsində çalışıb. Uzun müddət Füzuli rayonununƏhmədbəyli kənd tam orta məktəbində direktor işləyib. Bu müddətdə həmin məktəb təhsildəçox böyük uğurlara, yeniliklərə imza atıb. Məktəbin yüzlərlə şagirdi müxtəlif aliməktəblərin tələbəsi adını qazanıb. Beləbaxanda şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, onların cəmiyyətə kamilinsan kim hazırlanması bir qədər asan görünür. Amma bu asan işin dərinliyində çoxböyük zəhmət, əzab-əziyyət və işgüzarlıq durur.

Yəni Murad müəllimhəmişə düşünüb ki, müəllim-valideyn-şagird münasibətləri müasir tələblərə uyğunsəviyyədə qurulsun. Başqa sözlə demiş olsaq, bu üç tərəfin biri öz işinə məsuliyyətsizyanaşanda təbii ki, istənilən nəticəni əldə etmək çox çətin olur. Ancaq xoşbəxtlikdənMurad müəllim çalışdığı kollektivdə bu münasibətləri çox səmimi bir formada təşkiledə bilib. Yəni o, loru dildə demiş olsaq,müəllimn də dilini tapıb, valideynin də, şagirdin də. Aydındır ki, bayaq dediyimizkimi, münasibətlər sivill qaydada həyata keçiriləndə təhsildə də böyük uğurlaraimza atmaq mümkün olur.

O, Əhmədbəyli tamorta məktəbində direktor vəzifəsində işləyərkən 1995-ci ildə Ulu Öndər Heydər Əliyevinadını əbədiləşdirən kompleksin inşa edilməsində özü təşəbbüs göstərib. Bu gün dəhəmin abidəyə baxanda istər-istəməz Muradmüəllimin gördüyü işlər yada düşür.

Murad Şükürov 7 ildə Füzuli rayonunun Araz Dilağarda kəndindəki şəhid Kamal Kərimov adına ümumi ortaməktəbin direktoru vəzifəsində işləyib. Oburda da əvvəlki kollektivdə olan ənənələri və yenilikləri davam etdirib. Belə ki,Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Kamil Kərimovun abidəsinində açılamsının təşəbbüskarıdır. Yəni zamanından və məkanından asılı olmayaraq, bayaqdediyimiz kimi harda işləyibsə, ürəyinin və qəlbinin səsini eşidib. Başqaları kimidil pəhləvanı olmayıb və öz əməli işiylə dediklərini və verdiyi vədi gerçəkləşdirib.

Qarabağ müharibəsininilk günlərindən bir ziyalı, bir müəllim kimi Murad Şükürov cəbhəyə əsgərlərimizəöz köməkliyini göstərib. 1993-cü ildə Müdafiə Fonduna öz şəxsi vəsaitindən 150 minmanat pul köçürüb. Söhbət düşəndən Murad müəllim deyir ki, mən əlimə silah alıbdöyüşə getməsəm də, özümü hər an, hər dəqiqə səngərdə olan əsgərlərin yanında hisseləmişəm. Elə bir bayram, elə bir tarixi gün olmayıb ki, Murad müəllim özü və yaxınlarıilə birlikdə Füzulidəki səngərlərdə olan əsgərlərimizə sovqat aparmasın. Murad müəllimdeyir ki, mən onların yanında olanda özümü daxilən çox rahat hiss edirəm və düşünürəmki, onlara baş çəkməklə çiynimdən ağır yük götürülür. Çünki hər bir insan Azərbaycanəsgərinə, orduya bacardığı köməkliyi göstərməlidir.

Ötən ilin aprel döyüşündə Lələtəpə yüksəkliyi erməni işğalından azad olunandayaxınlarımla özümü əsgərlərimizin yanına çatdırdım. Əsgərlər də gördü ki, xalq ordununarxasında durub. Yəni ordu xalqı qoruduğu kimi, xalq da orduyla bir yerdədir. Həmingünlər Füzulidə bir möhtəşəm ümumxalq sevgisi var idi ki, adam bunu görəndə ürəyi dağ boyda olurdu. O ordu ki, xalqa güvənir,o xalq ki, orduya arxalanır, onu heç vaxt məğlub etmək olmaz. Çünki Azərbaycan xalqınınprezidenti, Ali Baş Komandan İlham Əliyev özü orduyla xalqın yanındadır. Biz dəFüzulidə bütün dövrlərdə bu möhtəşəm birliyin və bütövlüyün şahidi olmuşuq. Onagörə də ermənilər aprel döyüşlərindən sonra böyük ordumuzun qüvvəsini gördü və geriçəkildi.

Murad Şükürov onuda bildirir ki, mənim qəlbim və ürəyim bu torpaqla döyünür. Çünki bu torpaqda anadanolmuşam, bu torpaqda böyümüşəm və bu torpağın çörəyini yeyib suyunu içmişəm. İndimənim yüzlərlə şagirdim var ki, məsul vəzifələrldə çalışır, vətəninə və xalqınaxidmət eləyir. Mən də onlara baxıb qəlbən sevinirəm və qürur hissi keçrirəm. Onuda xatırladaq ki, Murad Şükürovun 4 nəvəsi var və nəvələrinin də birinin adını Muradqoyub.

Qoy bütün insanlaröz muradına və istəyinə qovuşsun və Murad Şükürov da bir ziyalı, bir müəllim olaraqhəmişə ucalıqda dursun, məzunlarına baxıb sevinsin. Bax onda o heç vaxt şagirdləriyolunda şam kimi əritdiyi ömürünə görə peşmançılıq hissi keçirməyəcək. Əksinə, sevinəcəkki, nə yaxşı bu ömür şagirdlərə, onların vətənpərvərlik ruhunda tərbiyə edilmiəsinə«xərclənib».



TƏQVİM / ARXİV