adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
27 Mart 2017 12:24
7305
KRİMİNAL
A- A+

Bakıda gecə klubunda qətl törədilib

Bakıda gecə klubunda dava düşüb.

Adalet.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, martın 25-də Xırdalan şəhərinin "Quşçuluq" yaşayış sahəsində yaşayan Rahil Məlikovun evində həmyerlisi, dostu Telman Məmmədovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.


Araşdırmalar zamanı T.Məmmədovun paytaxtın Nəsimi rayonu ərazisində yerləşən klublardan birində oranın inzibatçısı - Bakı şəhər sakini Fərhad Musayevlə aralarında baş verən münaqişə zəminində sonuncu tərəfindən yumruqla vurulduğu və yıxılması nəticəsində başından xəsarət alması, sonra dostu ilə birgə onun evinə gələrək orada öldüyü müəyyən edilib.

Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Musayev tutulub.