adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
27 Mart 2017 10:18
2671
MƏMLƏKƏT
A- A+

Bakı-Sumqayıt qatarı yolda qaldı

Bakı-Sumqayıt sürət qatarının gecikmə səbəbi məlum olub.

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib ki, qatarın gecikməsinə gecikməyə Keşlə stansiyası ərazisində elektrik xəttində yaranman nasazlıq səbəb olub. Nəticədə qatar 40 dəqiqə gecikib: "Lakin hazırda problem aradan qaldırılıb və qatarlar norml qrafiklə hərəkət edirlər”.

Qeyd edək ki, 08:50-də Sumqayıtdan çıxmalı olan qatar gecikib. Nəticədə Suqmayıtda sərnişin sıxlığı yaranıb.