adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
27 Mart 2017 10:10
2819
MƏMLƏKƏT
A- A+

Bayram günləri yollarda ölənlərin sayı AÇIQLANDI

Bayram günləri Azərbaycanda qeydə alınan yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, şənbə-bazar günləri respublikanın avtomobil yollarında 19 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 4 nəfər ölüb, 20 nəfər xəsarət alıb.

Bununla da martın 19-dan 27-dək respublikanın avtomobil yollarında baş verən yol qəzalarının sayı 51-ə çatıb. Həmin qəzalarda 15 nəfər ölüb, 72 nəfər xəsarət alıb.