adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
26 Mart 2017 14:40
12509
SİYASƏT
A- A+

Əfqanıstanda “əl-Qaidə” lideri məhv edildi

ABŞ HHQ Əfqanıstanın Paktika əyalətinə endirdiyi hava zərbəsi nəticəsində 2 Amerika hərbçisinin ölümünə səbəb olan "əl-Qaidə” lideri Kari Yasin məhv edilib.

Adalet.az-ın verdiyi məlumata görə, bunu Pentaqonun rəhbəri Ceyms Mettis deyib.

"Kari Yasinin ölümü göstərir ki, İslamı ləkələmək istəyən və günahsız insanları qurban kimi seçən terrorçular ədalətdən qaça bilməyəcəklər", - C. Mettis deyib.

Məlumatda qeyd olunur ki, K. Yasin, həmçinin onlarla insanın ölümünə səbəb olan 2008-ci ildə İslamabadda otelin partladılmasındada iştirak edib.