adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
25 Mart 2017 11:57
62494
HÜQUQ
A- A+

Bakıda doğulan erməni beynəlxalq axtarışa verildi

Rusiya hüquq-mühafizə orqanları Bakıda doğulan ermənini İnterpol xətti ilə axtarışa verib.

Adalet.az xəbər verir ki, APA-nın İnterpolun saytına istinadən verdiyi məlumata görə, 1979-cu ildə Bakı şəhərində doğulan Arsen Arzumanyan rüşvətxorluqda təqsirləndirilir.

Rusiya hüquq-mühafizə orqanları A.Arzumanyan barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İntrerpola müraciət ünvanlayıb.