adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
25 Mart 2017 11:33
6414
DÜNYA
A- A+

Almaniya bankı səhvən xarici hesablara 5 milyard avro köçürdü

Almaniyanın Dövlət Yenidənqurma Bankı təsadüfən xarici hesablara 5 milyard avro köçürmə edib.

Adalet.az  xəbər verir ki, hadisə texniki nasazlıq səbəbindən baş verib.

İnsident fevralın 20-də qeydə alınsa da, bu barədə yalnız indi məlum olub. Kredit təşkilatından bildirilib ki, sistemin yanlış işi işçilər tərəfindən ən erkən mərhələdə aşkar olunub və pullar vaxtında geri qaytarılıb. Bankdan insidentin insan amili səbəbindən baş verə biləcəyini də istisna etmirlər.