adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
25 Mart 2017 11:10
5292
MƏMLƏKƏT
A- A+

Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayı açıqlandı

Bu ilin yanvar ayı ərzində Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayı ölkədən gedənlərin sayından çox olub.

Adalet.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd olunub ki, cari ilin yanvar ayı ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 146 nəfər gələn və 97 nəfər ölkədən gedən qeydə alınıb. Miqrasiya saldosu müsbət 49 nəfər təşkil edib.

Xatırladaq ki, 2017-ci il fevral ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 9 mln. 816,1 min nəfərə çataraq ilin əvvəlindən 6,1 min nəfər və ya 0,1% artıb.

Bir kvadrat kilometrə düşən əhalinin sıxlığı 113 nəfər olub.