adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
24 Mart 2017 22:19
6908
SİYASƏT
A- A+

Putin fransız müxalifətçi Marin Le Peni qəbul edib

Rusiya prezidenti Vladimir Putin bu gün Kremldə Fransa prezidentliyinə namizəd Marin Le Peni qəbul edib. Fransız sağçı Moskvaya Dövlət Dumasının beynəlxalq işlər üzrə komitəsinin dəvəti ilə gəlib.

Adalet.az "RİA Novosti”yə istinadən xəbər verir ki, Putin qonağı qarşılayaraq deyib: "Əlbəttə, sizinlə ikitərəfli münasibətlərimizin inkişafı və Avropada yaranmış vəziyyətlə bağlı fikir mübadiləsi aparmaq maraqlıdır”.

Rusiya lideri bildirib ki, Le Pen Avropada sürətlə inkişaf edən siyasi qüvvələr spektrini təmsil edir. Bununla birlikdə, Putin Rusiyanın Fransa ilə əlaqələrə böyük əhəmiyyət verdiyini və həm hökumət, həm də müxalifətlə əlaqə saxlamağa çalışdıqlarını qeyd edib.