Kiyevdə öldürülmüş sabiq rusiyalı deputatın qatilinin adı açıqlanıb
"Rusiya Dövlət Dumasının keçmiş deputatı Denis Voronenkovun qətli Ukrayna vətəndaşı, 1988-ci il təvəllüdlü Parşov Pavel Aleksandroviç tərəfindən törədilib. O, Sevastopolda doğulub, Rusiya xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunub”.
Adalet.az-ın xəbərinə görə, bu sözləri Ukrayna
daxili işlər nazirinin müşaviri, Ali Radanın üzvü Anton Geraşşenko
özünün "Facebook” səhifəsində yazıb. A. Geraşşenko bildirib ki, P.
Parşov həyatı boyunca rəsmi şəkildə Ukraynadan kənara çıxmayıb: "Lakin
2015-ci ilin fevralında o, Belarusla sərhəddəki nəzarət-buraxılış
məntəqələrindən biri vasitəsilə Ukrayna sərhədini piyada keçib. Sonra
Rusiyaya gedərək hələ Stalin NKVD-si dövründə yaradılmış diversantlar
üçün məktəbdə xüsusi təlim kursu keçib. Onun qarşısında tapşırıq qoyulub
ki, Ukrayna ordusu və ya Milli Qvardiyasının sıralarına qoşulsun.
Sağlam, güclü gənc insan olan bu Ukrayna vətəndaşı tapşırığı uğurla
yerinə yetirib. Hərbi əməliyyatlarda iştirak etməyib. 2016-cı ilin
avqustunda tərxis olunub və Moskvadan komanda gözləməyə başlayıb. Həmin
komanda gəlib və onu icra edərək Denis Voronenkovu özü ilə məzara
aparıb”.
A. Geraşşenko qeyd edib ki, istintaq qətlin bütün hazırlıq və təşkilatı tərəflərini araşdırır: "Qətldən keçən saatlar ərzində istintaqa artıq çox şey məlumdur”.
Nazir müşaviri bildirib ki, bundan sonra Ukrayna Silahlı Qüvvələrinə, Milli Qvardiyaya qəbul üçün yoxlanış meyarlarına ciddi şəkildə yenidən baxılacaq.
Digər Xəbərlər
25 Aprel 2024 16:26